Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın sənaye və ticarət naziri Vu Huy Hoang ilə görüşüb
27 Dekabr 2013 12:20 SiyasətCari ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının Vyetnamdakı səfiri Anar İmanov Vyetnamın sənaye və ticarət naziri Vu Huy Hoang ilə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında əməkdaşlıq, iqtisadiyyat, ticarət, sənaye və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmış, hökumətlərarası komissiyanın yaradılması, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, biznes forumların təşkili, müqavilə-hüquq bazasının genişləndirilməsi barədə müzakirələr aparılmışdır.
Görüşdə tərəflər iki ölkə arasında tarixən mövcud olan dostluq münasibətlərinin müasir dövrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük əhəmiyyət daşıdığını bildirmişlər. Həmçinin iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensialın olduğu vurğulanmış, son illər Azərbaycan və Vyetnamın sürətlə inkişaf etdiyi, hər iki ölkənin yerləşdiyi regionda mühüm rol oynadığı qeyd olunmuşdur.
Görüşün sonunda tərəflər səfirliklə nazirlik arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəlmişlər. OLAYLAR