Milli Şurada daha bir istefa: Eldəniz Quliyev qurumdan gedir

"Milli Şuranın kəlimeyi-şəhadətini bu günə qədər ürəyində oxuyanlar, bundan sonra bunu bərkdən oxuya bilərlər. Psevdomillətçi şüarlarla fəaliyyət göstərən partiyalar üçün meydan boşdur. Qoy, yenə də 20 il öz enerjilərini bir-biriləri ilə didişməyə sərf etsinlər". Bunu Lent.az-a açıqlamasında Milli Şuranın üzvü, "El" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, bu istefa ilə Milli Şuranın kəlimeyi-şəhadəti oxundu və artıq orada təmsil olunmaq öz mənasını itirdi: "Mən özümün orada təmsilçiliyimin nədən ibarət olduğunu aydınlaşdıra bilməmişəm. Növbəti sessiyada bu məsələni də qaldıracam. "

E.Quliyev bəyan edib ki, böyük ehtimalla MŞ-in növbəti sessiyasında bu qurumdan istefa verəcəyini açıqlayacaq: "Mən indiki şəraitdə bu cür siyasi qurumda olmaqdan xəcalət hissi keçirirəm. Sizin vasitənizlə Milli Şuranın sədri Cəmil Həsənlidən bu məsələyə diplomatik yox, səmimi münasibət gözləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00