Rusiya XİN: Azərbaycan-Ermənistan təmaslarının yüksək səviyyədə yenilənməsi ilin əsas hadisələrindən biridir
26 Dekabr 2013 17:13 SiyasətRusiya Xarici İşlər Nazirliyinin (XİN) məruzəsində Azərbaycan-Ermənistan təmaslarının yüksək səviyyədə yenilənməsi xarici siyasət sahəsində 2013-cü ilin əsas hadisələrindən biri kimi xatırlanır. RF XİN-in saytında dərc olunmuş məruzədə deyilir ki, Rusiya MDB məkanında münaqişələrin siyasi-diplomatik həllinin axtarışı kontekstində məqsədyönlü səylər göstərib: "Rusiya tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində atılan addımlar ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri (Fransa və ABŞ - red.) ilə sıx qarşılıqlı fəaliyyətdə həyata keçirilirdi. Birgə səylər sayəsində Azərbaycan-Ermənistan təmaslarının yüksək səviyyədə yenilənməsi haqqında prinsipial razılıq əldə olunub". trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00