“Türkiyənin yeni hökumətinin işi çətin olacaq” - AÇIQLAMA
Razi Nurullayev: “Ərdoğan qurban olaraq kabinetini verdi”
26 Dekabr 2013 15:06 Siyasət"Sayın Ərdoğan on naziri dəyişməklə özünü xilas etmiş oldu. Bunu öncə etsəydi, bəlkə də daha təsirli olardı. Hədəf sayın Ərdoğanın özü idi" - "OLAYLAR"ın məlumatına görə, "Regional" Araşdırmalar Mərkəzinin direktoru Razi Nurullayev belə deyib. R.Nurullayev qeyd edib ki, Ərdoğan qurban olaraq kabinetini verdi. Direktor hesab edir ki, bu isə onun nüfuzuna ciddi ziyan vuracaq: "İstefaların mənəvi tərəfi dartışılacaq. Amma, o əsl siyasətçi kimi hərəkət etdi. Siyasətin də çirkli olması belə məqamlarda önə çəkilir. Siyasətçilər seçim qarşısında qalan zaman populyar olmayan qərarlar da qəbul etməli olurlar. Məhz, sayın Ərdoğan belə seçim etməli oldu. Amma, deyəsən düymə basılıb. AKP iqtidarını yeni sürprizlər gözləyə bilər. Yeni bakanların işləri də çətin olacaq. Onlar gərək nazirliklərdən nurçuları təmizləsinlər. Bunu edə biləcəklərmi?". ("OLAYLAR İA")