“Paytaxt olsa, İsfahan da Tehran kimi türkləşəcək”

Sayman Aruz: “35 milyonun türk olduğu ölkədə bu millətdən qaçmaq mümkün deyil”

"İran paytaxtı Tehrandan İsfahana köçsə, belə ora da türkləşəcək. 35 milyonun türk olduğu ölkədə bu millətdən qaçmaq mümkün deyil" - "guneynews.az" saytının baş redaktoru Sayman Aruz İran paytaxtının köçürülməsi məsələsinə münasibət bildirərkən belə deyib. Sayman Aruz bildirdi ki, Tehranı da İranda yaşayan soydaşlarımızı türkləşdiriblər. Baş redaktor qeyd etdi ki, hələlik paytaxtın köçürülməsi məsələsi dəqiqləşməyib: "Məsələ hələlik parlament tərəfindən təsdiqlənib. Ölkənin Ali Dini Qurumu hələlik bu barədə heç bir açıqlama verməyib. Paytaxtın hara olması amilinə də aydınlıq gətirilməyib. Tehrandan sonra mərkəzin hansı şəhər olacağı bəlli deyil. Paytaxt üçün əsasən iki əsas şəhərin - İsfahan və Təbrizin adları hallandırılır. Çox güman ki, yeni paytaxt Tehran ətrafında yox, İsfahan yaxınlığında olacaq". Qeyd edək ki, İranın paytaxtı Tehran İstanbuldan sonra dünyada ən çox türkün yaşdığı ikinci şəhərdir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00