Sülhəddin Əkbər: “ACP-də böhran yaşanmır”
26 Dekabr 2013 13:19 Siyasət2013-cü ildə Açıq Cəmiyyət Partiyasında istefaların verməsindən sonra təşkilatda böhran yaşanır. ACP sədri Sülhəddin Əkbər mətbuata açıqlamasında bildirib ki, istefalar partiyada təşkilatlanma işinə mənfi təsir göstərib. Məsələ barədə müraciət etdiyimiz Sülhəddin Əkbər bildirdi ki, məsələ barədə mətbuatda yayılan məlumatlar heç bir həqiqəti əks etdirmir, ACP-də heç bir böhran yaşanmır. S.Əkbər qeyd etdi ki, partiyada qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb: "Komitəyə üç ay vaxt verib. ACP yayda qurultay keçirməyə hazırlaşır. Komitə ilk iclasını yanvar ayında keçirəcək. Yayda keçiriləcək qurultaydan sonra isə ACP-də yenidən quruculuq işləri başlayacaq". Sülhəddin Əkbər ACP-nin Milli Şuradakı fəaliyyətinə də aydınlıq gətirdi və bildirdi ki, partiya qurumdakı fəaliyyətini davam etdirəcək. ("OLAYLAR" İA)