“Gülən camaatı” AKP-nin bütün dayaqlarını sarsıdıb” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Ərdoğanın yeni gedişlərlə hesabı öz xeyrinə dəyişəcəyi inandırıcı görünmür”
26 Dekabr 2013 12:46 Siyasət"Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ətrafında yaranmış böhrandan çıxa bilməyəcək. Çünki AKP-nin nazirlərindən biri Bayraktar baş nazir Ərdoğanı istefa verməyə çağırdı" - politoloq Cümşüd Nuriyev Türkiyədə baş verən gərgin hadisələrə münasibət bildirərkən belə deyib. C.Nuriyev qeyd etdi ki, Ərdoğan Bayraktar həmçinin çirklilərin təmizlənməsi məsələsini gündəmə gətirdi. Artıq Türkiyə hökuməti daxilində güclü qarşıdurmanın olduğunu deyən politoloqun sözlərinə görə, Ərdoğan burada "Gülən camaatı" ilə üz-üzə gəldiyi üçün bütün dayaqları sarsıldı: "Yeni formalaşmış hökumət də AKP-ni düşdüyü böhrandan çıxara bilməyəcək. Çünki ortada irihəcmli rüşvət və korrupsiyadan söhbət gedir. Türkiyə tarixində ilk dəfədir ki, korrupsiya məsələsi ətrafında gərginlik yaşanır. Baş nazir vəziyyətdən çıxmaq üçün nazirlərini istefaya göndərdi. Lakin Ərdoğanın yeni gedişlərlə hesabı öz xeyrinə dəyişəcəyi inandırıcı görünmür. Xəmir hələ çox su aparacaq. Lakin əvvəlcədən proqnozlaşdırmaq mümkündür ki, martda keçiriləcək parlament və bələdiyyə seçkilərində AKP məğlub olacaq". ("OLAYLAR" İA)