BAXCP bloklaşma tərəfdarıdır

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası növbəti illərdə keçiriləcək bələdiyyə və parlament seçkilərində müttəfiqlik etdiyi partiyalarla birlikdə iştirak edə bilər. Bu barədə məlumatı "OLAYLAR"-a partiyanın sədr müavini Niyaməddin Orduxanlı verib. BAXCP rəsmisi onu da bildirib ki, təmsil etdiyi partiya artıq indidən növbəti il üçün bələdiyyə seçkilərinə hazırlıq işlərinə başlayıb: "Bu yaxınlarda BAXCP-nin ali məclisinin iclasında bütün rayon şöbələrinə bununla bağlı partiyanın tövsiyyələri olub. Partiyamız bələdiyyə seçkilərində böyük uğur qazanması üçün bütün imkanlarını səfərbər edəcək. Hələlik bələdiyyə seçkilərində BAXCP-yə yaxın partıyalarla hər hansı bir əməkdaşlıq edilməsi məsələsi gündəlikdə yoxdur. Ancaq istisna edilmir ki, seçkilər yaxınlaşdıqda müttəfiq partiyalarla birgə seçkidə iştirak edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00