Azərbaycanın Türkiyədəki səfirliyi: Rza Zərrab heç vaxt Azərbaycan vətəndaşı olmayıb
24 Dekabr 2013 17:49 Siyasət"Rza Zərrab heç vaxt Azərbaycan vətəndaşı olmayıb". Bunu "Hürriyet" qəzetinə açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat müşaviri Elsevər Salmanov deyib.
E. Salmanov Türkiyə mediasında R. Zərrabın "Bakıda doğulan keçmiş azəri vətəndaşı" kimi təqdim olunmasından ciddi narahatlıq duyduqlarını bildirib: "Bu şəxs Bakıda doğulmayıb. Azərbaycanın dövlət orqanlarında bu barədə hər hansı sənəd yoxdur. O, nə keçmişdə, nə də indi Azərbaycan vətəndaşı olub. Gələcəkdə də ola bilməz".
Qeyd edək ki, Türkiyə mediasında iranlı R. Zərrabın 1984-cü ildə Bakıda doğulduğu haqda məlumatlar yayılıb. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00