Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzərTAc bildirir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz və qarşıdan gələn yeni - 2014-cü il münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizə möhkəm cansağlığı, nikbin həyat, dost Azərbaycan Respublikasının inkişafı, əmin-amanlığı naminə ali dövləti vəzifənizdə yeni zəfərlər, doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik və firavanlıq arzu edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00