“Qarabağı geri qaytarsa Türkiyə sərhədləri Ermənistana açacaq”

"Türkiyənin Ermənistanla sərhədlərin açılması üçün nəzərdə tutulmuş protokolları ratifikasiya etməsi mümkün deyil. Rəsmi Ankaranın belə bir addım atması ehtimalı sıfra bərabərdir" - Ermənistan AMEA-nın Şərqşünaslıq İnstitutunun mütəxəssisi Vahram Ter-Matevosiyan yerli mətbuata açıqlamasında belə deyib. Ter-Matevosiyan bildirib ki, 2014-cü ildə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması gözlənilən deyil: "Ədməd Davudoğlunun Ermənistana səfəri göstərdi ki, Türkiyə bəzi məsələlərlə bağlı mövqeyindən geri çəkilmək niyyətində deyil. Ermənistanın Türkiyəyə təsir rıçaqlarının olmaması da məsələdə mühüm rol oynayır. Türkiyəyə təzyiq etmək Ermənistanın imkanları xaricindədir". Ter-Matevosiyan vurğulayıb ki, Türkiyə-Ermənistan sərhədinin açılmasında erməni tərəfinin Dağlıq Qarabağla bağlı mövcud status-kvonu Azərbaycanın lehinə dəyişməsində və qondarma "erməni soyqırımı" iddialarından geri çəkilməsində mühüm rol oyanayacaq. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00