Qırğızıstanda Həmrəylik Günü qeyd olunacaq

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar olaraq xarici ölkələrdə də bir sıra tədbirlər həyata keçiriləcək. Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun "OLAYLAR"-a verdiyi xəbərə görə, paytaxt Bişkekdə də Həmrəylik Günü ilə bağlı tədbir keçiriləcək: "Fond olaraq dekabrın  30-da  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə tədbir keçirməyi nəzərdə tutmuşuq. Tədbirdə Azərbaycandan təşrif buyurmuş nümayəndə heyəti ilə yanaşı Qırğızıstanda fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də iştirak edəcək. Tədbir çərçivəsində bu yaxınlarda nəşr etdirdiyimiz "Qırğızıstan Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolu" kitabının təqdimatı da baş tutacaq". Fond rəhbəri bildirib ki,  kitabın təqdimatı Bişkek şəhəri kitabxanalar sistemindəki Çingiz Aytmatov adına kitabxanada reallaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00