İspaniyanın 2 naziri Azərbaycana gəlir

Yanvarın 4-9-da Bakıya "Youth unemployment a challenge for the European associativism" adlı beynəlxalq tanışlıq səfəri təşkil ediləcək. "OLAYLAR"-ın xəbərinə görə, səfər Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Tələbələr Birliyinin birgə əməkdaşlığı çərçivəsində, Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" proqramının maliyyə dəstəyi ilə baş tutacaq. Səfərin məqsədi gənclərin işsizlik problemlərinin həllində ictimai təşkilatların və dövlət orqanlarının birgə iştirakı sahəsində yerli təcrübəni öyrənməkdir. Tanışlıq səfərinə İspaniya, Fransa, İtaliya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Portuqaliya Gürcüstan, Ukrayna, Moldova və Belarusiyanı təmsil edən rəsmi qonaqlar dəvət olunub.

Qeyd edək ki, ölkəmizdə səfərə gələn nümayəndə heyətinə İspaniyanın Galicia regionun Gənclər və Könüllülük naziri Ovidio Rodeiro Tato, həmçinin Əmək və Sosial İşlər naziri Beatriz Mato Otero da daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00