Qarabağ məsələsi AŞ-ın gündəliyində saxlanacaq
23 Dekabr 2013 14:42 Siyasət"Biz Dağlıq Qarabağ məsələsini Avropa Şurasının Parlament Assambleyasında və Avropa Şurası strukturlarında gündəmdə saxlayacağıq". Bunu jurnalistlərə açıqlamasında deyən millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, bu məsələ beynəlxalq səviyyədə həllini tapmayana qədər Avropa Şurasının gündəliyində daim saxlanacaq: "Avropa Şurasına daxil olan ilk gündən mən o təşkilatda təmsil olunuram və mənim yadıma gəlmir ki, Azərbaycan hər hansı bir iclasda, hər hansı bir sesiyada Dağlıq Qarabağ məsələsini hər hansı formada qaldırmasın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00