Azərbaycan AŞ-a sədrliyi ilə bağlı fəaliyyət planı hazırlayıb
23 Dekabr 2013 13:44 SiyasətAzərbaycan Avropa Şurasına sədrliyi ilə bağlı fəaliyyət planı hazırlayıb. Bunu jurnalistlərə açıqlamasında deyən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, hazırda fəaliyyət planının Azərbaycan və Avropa Şurası arasında müzakirə olunduğu üçün orada yer alan prioritetləri açıqlamaq düzgün olmazdı. Bununla belə, o, Azərbaycanın sədrliklə bağlı prioritetlərin Avropa Şurası ilə üst-üstə düşdüyünü vurğulayıb. S.Seyidov onu da bildirib ki, Azərbaycanın 2014-cü ilin iyununda Avropa Şurasının sədrliyi ilə bağlı gələn il mayın sonlarında Bakıda AŞ PA Daimi Komitəsinin iclası keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00