“Bəlkə seçicilərimlə görüşlər zirzəmilərdə, gizli şəkildə, parollarla keçirilməlidir?” - Aydın Mirzəzadə

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin müntəzəm olaraq öz seçiciləri ilə görüşü və seçicilərinin problemlərinin həlli istiqamətində müəyyən addımlar atması bəzi KİV-lər tərəfindən deputatın özünüreklamı kimi qiymətləndirilib. İddia edilib ki, millət vəkili Aydın Mirzəzadə bu kimi görüşləri barədə əvvəlcədən müxtəlif saytlara məlumat verir və keçirdiyi görüşü reklam edir. "OLAYLAR"-ın xəbərinə görə, məsələyə aydınlıq gətirən millət vəkili facebook profilində qeyd edib ki, seçicilərlə keçirdiyi görüşlər barədə heç bir sayt və televiziya kanalına məlumat verməyib: "Görüş barədə əvvəldən facebook səhifəmdə məlumat yerləşdirdim. Həmçinin vaxtaşırı həm görüşün gedişi haqqında qısa məlumatlar yazdım, həm də öz telefonumla çəkdirdiyim şəkillərdən bir qismini bura yerləşdirdim. Məlumatların saytlarda verilməsi barədə heç bir sayta və televiziyaya xahiş etdirmədim. Buna baxmayaraq regional El Tv və Mingəçevir TV reportajlar, həmçinin bir neçə sayt görüşlər haqqında məlumat verdilər. Mənə qəribə gələn bəzi saytların mənim keçirdiyim görüşlərin reklam olduğuni iddia etmələri və fəaliyyətimi bildirdyimə görə mənə irad tutmaları oldu. Elə isə cənab tənqidçilərdən soruşmaq istəyirəm, Deputatlar öz fəaliyyətləri barədə məlumat verməlidirlərmi ?". Millət vəkili bildirib ki, bu dəfəki görüş zamanı üç tələbənin təhsil haqqının yarısını ödəyib, bir şagirdə isə kompyuter bağışlayıb: "Bu faktları ( birinci dəfə deyil) gizlətməli idim, yoxsa növbəti imkansıza bir ümid, digər imkanlıya isə bir çağırış verməli idim. Bəlkə seçicilərimlə görüşlər zirzəmilərdə, gizli şəkildə, parollarla keçirilməli, deputatın dairəsinə gəlib getməsi gizlin saxlanılmalıdır?". Aydın Mirzəzadə daha sonra qeyd edib ki, onun reklama ehtiyacım yoxdur: "Mən necəyəmsə, eləyəm. Öz mövqeyimlə, imkanımla və istəyimlə. Seçicilərlə də görüşüm reklam xatirinə deyil, ürəkdən onlara kömək etmək istəyimdən irəli gəlir. Döğulduğum və icra başçısının müavini vəzifəsinədək yüksəldiyim Mingəçevirin hər məsələsi mənə yaxındır və həmişə onlarla birlikdə olmaqdan, onların hansısa bir probleminə kömək etməkdən qürur duyuram. Bunu həmişə etmişəm və edəcəyəm də".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00