Jurnalisti döyən qadın Müsavatda sədr oldu
23 Dekabr 2013 10:31 SiyasətDekabrın 22-də Müsavat Partiyası Qadın Təşkilatının III hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda yeni rəhbərlik seçilib. Sədrliyə, sərbəst şura üzvlüyünə, NTK-ya namizədlər irəli sürülüb. Sədrliyə Sədaqət Paşayeva, Ellada Məmmədli, Vəfa Cümşüdlünün namizədliyi irəli sürülüb. Qapalı keçirilən seçkilərdə Ellada Məmmədli Müsavat Qadın Təşkilatının sədri seçilib. Qeyd edək ki, Ellada Məmmədli 2003-cü ilin 16 oktyabrında "Azadlıq" meydanında keçirilən icazəsiz aksiyalarda özəl televizyalardan birinin xanım jurnalistini döymüş, bir müddət axtarışda olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00