Leyla Əliyevaya III dərəcəli Knyaginya Olqa ordeni verilib
20 Dekabr 2013 15:13 SiyasətRusiya Federasiyasının Həştərxan vilayəti qubernatorunun Administrasiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya III dərəcəli Knyaginya Olqa ordeni təqdim olunub. "OLAYLAR"-ın Heydər Əliyev Fonduna istinadən verdiyi xəbərə görə, təntənəli şəkildə baş tutan mərasimdə Leyla Əliyevaya ordeni Həştərxan və Qamızyaq mitropoliti İona təqdim edib. Mərasimdə Həştərxana gəlmiş Azərbaycan nümayəndə heyətinin üzvləri, vilayət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Moskva və bütün Rusiyanın Patriarxı Kirill 1 oktyabr sərəncamı ilə Leyla Əliyevanı Həştərxanda Knyaz Vladimirə abidə qoyulmasına göstərdiyi köməyə və Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib. İndiyədək Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa və böyük knyaginya Mariya Romanova bu ordenə layiq görülüblər.