“Ukrayna müstəqilliyini itirə bilər” - AÇIQLAMA
Fərəc Quliyev: ”Ukrayna yenidən Rusiyanın ağuşuna getmək fikrində deyil”
20 Dekabr 2013 14:42 SiyasətUkraynada baş verən hadisələr hələ də öz axarı ilə davam etməkdədir. Hadisələrin gedişində heç bir səngimə hiss olunmur. Hadisələrin gedişindən belə görünür ki, Ukrayna xalqı öz istəyinə nail olmayınca hadisələr bu şəkildə davam edəcəkdir. Milli Dirşəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Ukraynada baş verən hadiələri "OLAYLAR"A şərh edib. Millət vəkilinin sözlərinə görə, Ukrayna hazırda iki seçim qarşısında qalıb: ya ölkənin inteqrasiya proseslərinin inkişafını seçməli, ya da Rusiyanı seçməklə geriyə addım atmalıdır. Millət vəkili hesab edir ki, Ukrayna hökuməti Rusiyanı seçib geriyə addım atacaq. Bu da Ukraynanın müstəqilliyinin itirilməsi ilə nəticələnə bilər. Amma Avropanı seçməklə inteqrasiya etmiş olacaq və inkişafa səbəb olacaq. Fərəc Quliyev qeyd edib ki, xalqın istəyi daha çox Avropaya inteqrasiya tərəfindədir və hökumətin xalqın istəyini yerinə yetirməkdən başqa çarəsi yoxdur. Baxmayaraq ki, Ukrayna xalqı müstəqilliyini itirmək və yenidən Rusiyanın ağuşuna getmək fikrində deyil. Millət vəkili hesab edir ki, sonda Ukrayna xalqının iradəsi qalib gələcək. "Şərqi Avropadan tamamilə çıxmış Rusiya bu məqamda Ukraynanı əlində saxlamaq istəyir, amma hələ ki buna nail ola bilmir. Daha çox Krım məsələsi ilə bağlı təzyiq etmək istəyirdilər" deyə millət vəkili öz fikirlərini ifadə edib. Millət vəkili həmçinin qeyd edib ki, Ukrayna prezidenti tam şəkildə Rusiyanın tərəfində deyil.("OLAYLAR" İA)