“Müsavat Partiyası Milli Şuradan çıxmağa hazırlaşır” - Əli Oruclu
“Qurumun bütün sessiyalarında partiya maraqları və şəxsi ambisiyalar irəli sürüldü”
20 Dekabr 2013 14:41 SiyasətSədr Cəmil Həsənli Milli Şurasının sədr aparatını formalaşdırılıb. Aparata Oqtay Gülalıyev, Turqut Qəmbər, Ülvi Həsənli, Şahvələd Çobanoğlu, Yeganə Hacıyeva daxil olublar. C.Həsənli bildirib ki, gələcəkdə aparatın tərkibi genişləndirilə bilər. Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu hesab edir ki, "Müxalifət Milli Şuraya yeni nəfəs və görüntü verməyə çalışır. Amma görünən odur ki, Milli Şura qarşıya qoyulan hədəflərə çata bilmədi. Qurum bünövrəsindən ciddi qüsurlara və səhvlərə yol verdi. Ə.Oruclu bildirdi ki, artıq Milli Şurada 3-4 siyasi təşkilat qalıb. Həmin partiyaların orada sonacan qalacağı inandırıcı deyil. Qurumun İctimai Palatanın yeni formasına çevrildiyini deyən AMİP rəsmisinin sözlərinə görə, MŞ-da ənənəvi partiyalarda yalnız KXCP orada qalmaqda maraqlı görünür. Ə.Oruclu vurğuladı ki, digər partiyalardan fərqli olaraq, Müsavat Milli Şurada qalmaq niyyətindən uzaqdır. Əli Oruclu Milli Şuranın parçalanmasının səbəblərinə də aydınlıq gətirdi və bildirdi ki, qurum yeni yarananda daxildə biri-birinin üzərinə düşməyən məqamlar vardı. AMİP rəsmisi hesab edir ki, partiya maraqları və şəxsi ambisiyalar Milli Şuranı dağıtdı: "Qurumun bütün sessiyalarında həmin parametrlər irəli sürüldü. Konkret hədəflər seçilmədi. Qurumda toplaşan siyasi partiyaların ideoloji baxışları da fərqli idi. Rəsul Quliyevlə Lalə Şövkət, AXCP ilə Müsavat arasında çox ciddi ideologiya fərqlər vardı. İnamsızlıq və biri-birlərinə güvənin olmaması Milli Şuranın ciddi problemidir. Bütün bunlar qurumu xoşagəlməz vəziyyətə saldı. Hal-hazırda da həmin problemlər aradan götürülməyib, siyasi partiyalar isə əskik məsələlərin həll edilməsində maraqlı görünmürlər. Müxalifət çox çalışsa da Milli Şura ilə birlik formatını doğrulda bilmədi". ("OLAYLAR" İA)