Azərbaycan və Ermənistan prezidentləri 90 dəqiqə danışıblar

ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik erməni KİV-i qarşısında açıqlamasında bildirib ki, təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllinə qısa vaxt ərzində nail olmaq üçün vahid komanda şəklində çalışır. C.Uorlik qeyd edib ki, Ermənistan və Azərbaycanın məsələnin həll edilməsində ortaq xətt tapması mümkündür: "Minsk Qrupu problemin sülh yolu ilə həll edilməsinin tərəfindədir. Heç kəs münaqişəyə görə, müharibənin olmasını arzu etmir. Vyanada Azərbaycan və Ermənistan prezidentləri 90 dəqiqə müzakirə aparıblar. Bu münaqişənin həllinə çatmaq üçün atılmış əhəmiyyətli addımdır". ("OLAYLAR "İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00