“Ermənistanla Azərbaycan arasında dəmiryol xəttinin çəkilməsi mümkünsüzdür”

İranlı politoloq Rudi Yaralıyan erməni mətbuatına açıqlamasında bildirib ki, Gömrük İttifaqı və Dağlıq Qarabağ münaqişəsi faktorlarına görə, Azərbaycanla Ermənistan arasında dəmiryol xəttinin çəkilməsi mümkün deyil. Çünki GB-nın şərtləri Azərbaycanın milli maraqlarını əks etdirmir. Mütəxəssis hesab edir ki, İran GB ölkələrilə əməkdaşlıq etməkdə maraqlıdır: "Buna görə də Ermənistanın digər GB ölkələrilə əlaqələrini təmin etmək üçün Gürcüstandan keçməklə bu ölkəni Rusiya ilə birləşdirmək mümkündür. Gürcüstanın buna müsbət cavab verəcəyi inandırıcıdır". R.Yaralıyan vurğulayıb ki, Rusiya və İran arasında regionda siyasi rəqabət gedir. ("OLAYLAR "İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00