Müsavatda yarpaq tökümü

Yeganə Hacıyeva partiyadan getdi

Tanınmış siyasi fəal, Müsavat başqanının müşaviri Yeganə Hacıyeva partiyadan istefa verib. Bu barədə Y.Hacıyeva facebook social şəbəkəsində yazdığı statusda  məlumat verib. Yeganə xanım yazıb: "Dostlar, bir neçə həftədir hər şey barəsində ətraflı düşünmək imkanım oldu. Yaşadığımız siyasi hadisələri analiz etdim. Bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldım. Nəyahət, qərara gəldim ki, Azərbaycan cəmiyyətinin maraqları daha üstün və faydalıdır.

Bu maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış ona doğru istiqamət təyin etməyə, nəhayət onu yalnız birliyin gücü ilə pozitivə çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təəssüf ki, bunu uzun illər qarşılıqlı fayda gördüyüm təşkilatda davam edərək həyata keçirə bilmirəm. Və bu gündən müstəqil olduğumu bəyan edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00