Azərbaycanla İran arasında ticarət dövriyyəsinin 1 mlrd. dollara çatması gözlənilir
19 Dekabr 2013 17:50 SiyasətAzərbaycanda 600 İran şirkəti qeydiyyata alınıb, lakin onların bəziləri fəaliyyət göstərmir, təxminən 300-ə yaxın şirkət öz işini davam etdirir. Bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib. O deyib ki, iki ölkə arasında ticarət əlaqələri genişlənsə, həmin şirkətlərin fəaliyyəti bərpa oluna bilər. İranlı diplomat iki ölkə arasında ticarət əlaqələrindən danışarkən qeyd edib ki, İranla Azərbaycan arasında ticarət dövriyyəsi 2012-ci ildə 532 mln. dollar təşkil edib. Möhsün Pak Ayin 2014-cü ildə bu göstəricinin 1 mlrd. dollara yaxın olacağını proqnozlaşdırıb.
Səfir İran şirkətlərin Azərbaycanın qeyri-neft sektoruna yatırdığı sərmayənin ümumi həcminin 105 mln. avro təşkil etdiyini bildirib. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00