Sloveniyada Mehdi Hüseynzadə anılacaq
19 Dekabr 2013 16:55 SiyasətMilli Məclisin deputatı Rauf Əliyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyi münasibəti ilə Sloveniyanın Lyublyana şəhərində təşkil olunmuş tədbirdə iştirak etmək üçün bu ölkəyə səfər edib. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, tədbir çərçivəsində Mehdi Hüseynzadənin həyatı, İkinci Dünya müharibəsində keçdiyi döyüş yolu, faşizmə qarşı apardığı mübarizə barədə xatirələr səsləndiriləcək, ona həsr olunmuş kitabın və filmin təqdimatı olacaq, qəhrəmanın dəfn edildiyi yerdə yeni memorial kompleksin açılış mərasimi keçiriləcək. Səfər dekabrın 21-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00