Deputatlarımız Türkiyəyə səfər ediblər
19 Dekabr 2013 16:53 SiyasətMilli Məclisin deputatları Azər Badamov və Tahir Rzayev Türk Dünyası Bələdiyyələr Birliyinin 10 illik yubileyi ilə əlaqədar keçirilərək tədbirdə iştirak etmək üçün Ankarada səfər ediblər. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, toplantında birliyin on il ərzində həyata keçirdiyi işlər, gələcək planlar barədə məlumat veriləcək, bələdiyyələrin fəaliyyəti, türkdilli dövlətlərin yerli özünüidarəetmə orqanları arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin təşkili ilə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 20-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00