Avropalı gənclər Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatında olublar

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Avropa-Azərbaycan Gənclərinin Əməkdaşlığı" təşkilatı tərəfindən reallaşan "Azərbaycan və Avropa ölkələrinin gəncləri arasında əməkdaşlığın inkişafı" layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup avropalı gənc Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatında olublar. Layihə çərçivəsində İspaniya, Estoniya, Gürcüstan, Türkiyə, Polşadan ölkəmizə gələn gənclər əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında olublar. Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqlara Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun salamlarını çatdırıb və qonaqları İcra Hakimiyyətinin binası, eləcə də oradakı iş prosesi ilə tanış edib. Sonra gənclər Yeni Azərbaycan Partiyasi Binəqədi rayon Təşkilatında olub, partiyanın inzibati binasını ziyarət edərək, YAP Binəqədi rayon təşkilatında yaradılmış iş şəraiti ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00