Azərbaycan nümayəndə heyəti Brüsseldə olub
19 Dekabr 2013 12:28 Siyasət18 dekabr 2013-cü il tarixində Belçikanın paytaxtı Brüssel şəhərində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyinə dair "Avropa Birliyinin Şərq Tərəfdaşlığı" Proqramının 9-cu iclası keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin rəis müavini cənab Fərhad Tağızadənin rəhbərliyi altında DGK-nin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov, DSX-nin Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Murad Nağıyev və BMT İP-nin Proqramlar rəhbəri Məzahir Əfəndiyevin təmsil olunduğu Azərbaycan nümayəndə heyəti iclasın işində iştirak etmişdir. İclasın keçirilməsində məqsəd Avropa Birliyi ölkələrinin sərhədləri üzrə sərhəd mühafizəsi və nəzarətinin daha da gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafından ibarətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00