Bu il müxalifət üçün uğursuz oldu
19 Dekabr 2013 12:24 Siyasət"Başa vurmaqda olduğumuz 2013-cü il də Azərbaycan müxalifəti üçün uğursuz oldu". Belə bir açıqlama ilə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a deyib ki, xüsusilə müxalifətin radikal qanadı bu il də uğursuzluq sindromundan uzaq ola bilmədi: "Təbii ki, bu kimi amillər elektoratın həmin qüvvələrdən aralanmasına gətirib çıxarır. Nəticədə müxalifətin sosial bazası daha da zəifləyir". Niyaməddin Orduxanlı deyib ki, müxalifət qarşıdakı ildə də heç bir uğur əldə edə bilməyəcək: "Çünki partiyalar arasında olan ciddi fikir ayrılıqları, ziddiyyətlər buna imkan vermir. Nə qədər ki, müxalifət düşərgəsində bu mənfi tendensiya hökm sürəcək, hansısa bir irəliləyişdən danışmaq yersizdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00