“Qarabağ münaqişəsinin həllində irəliləyişlər var”
BMAM sədri: “Fransanın həmsədrliyi Avropa Birliyinin həmsədrliyi ilə əvəz olunmalıdır”
18 Dekabr 2013 17:29 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tarixi məqam yetişib. Müəyyən irəliləyişlər var. Qərb də başa düşməlidir ki, bütöv Qafqaz regionunda iqtisadi, siyasi və sosial inkişafa nail olmaq üçün Dağlıq-Qarabağ münaqişəsinin həlli vacibdir". Bunu dekabrın 18-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin növbəti Ümumi Yığıncağında etdiyi çıxışda BMAM sədri Rufiz Qonaqov bildirib. Onun sözlərinə görə, münaqişənin həlli üzrə ATƏT Minsk Qrupunun tərkibində dəyişiklik edilməli, Fransanın həmsədrliyi Avropa Birliyinin həmsədrliyi ilə əvəz olunmalıdır: "Hər bir AB üzv dövlətlərinin bir xüsusi nümayəndəsi danışıqlara qatılmalıdır. Bununla bərabər, bu tərkibə Türkiyə də cəlb edilməldir. Bu formatda keçirilən görüşlərdə münaqişənin həlinə nail olmaq üçün daha real şanslar yarana bilər. Türkiyənin bu formata daxil edilməsi isə daha vacibdir". OLAYLAR