Asim Mollazadə NATO-nun təmsilçiləri ilə görüşüb
18 Dekabr 2013 17:09 SiyasətDemokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Vilyam Lahue və Gürcüstan ofisinin siyasi əlaqələndiricisi Jiri Precliklə görüşüb. Bu barədə DİP-dən "Olaylar"a verilən məlumata görə, görüşdə NATO-Azərbaycan əlaqələri, ölkəmizin Avroatlantik strukturlara inteqrasiya perspektivləri, regional münaqişələr və onların həlli yolları müzakirə edilib. Asim Mollazadə ölkəmizin NATO ilə əməkdaşlığının gələcək mərhələlərinə dair fikirlərini qonaqlarla bölüşüb, həmçinin DİP-in fəaliyyəti barədə onlara ətraflı məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00