Müxalifət “Şahdəniz-2” üzrə müqaviləni dəstəkləyir

DQB: “Bu ölkənin iqtisadi gücünün artmasına xidmət edəcək”

Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında Demokratik Qüvvələr Birliyinin növbəti toplantısı keçirilib.  DQB-dən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, toplantıda qurumun fəaliyyətinin daha da gücləndirilməsi üçün təkiliflər müzakirə olunub. Qərara alınıb ki,  bu istiqamətdə olan təkilflər siyasi partiyalarda bir daha müzakirə olunsun və 2014 cü ilin əvvələrində DQB -nin toplantısında yekun qərar verilsin. DQB  "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasına münasibət bildirərək bəyan edib ki, bu müqavilənin imzalanması  ölkənin iqtisadi gücünün artmasına xidmət edəcək.  Həmçinin sənəd Azərbaycanın Avropaya inteqrasiya olunması prosesini sürətləndirə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00