Bir sıra siyasi partiyalar yaranmış qeyri-hökumət təşkilatları vasitəsilə maliyələşdirilir
18 Dekabr 2013 14:50 Siyasət"Bu gün bir sıra siyasi partiyalar yaranmış qeyri-hökumət təşkilatları vasitəsilə maliyələşdirilir". Bunu deyən millət vəkili Səyavuş Novruzovun sözlərinə görə, belə hallar cəmiyyətə bəllidir: "Həmin partiyalar 20 ildən artıqdır ki, fəaliyyət göstərmələrinə, şəffaflıqdan dəm vurmalarına baxmayaraq bu günə qədər maliyyə hesabatlarını ictimaiyyətə açıqlamayıblar. Bu məsələ "Siyasi partiyalar haqqında" qanunda əksini tapıb. Yeni dəyişikliyə görə, dövlət büdcəsindən maliyyə alan partiyalar artıq aidiyyatı strukturlara bu hesabatı verir. Amma digərləri də hesabatlarını verməlidirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00