Tətillər Ukraynanı iqtisadi cəhətdən zəiflədir

"Kütlə yeni lider axtarışındadır. Xalq başqa impulslar və hədəflər göstərən təzə başçını gözləyir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Zahid Oruc Ukraynada cərəyan edən proseslərə münasibət bildirərkən səsləndirib. Bildirib ki, həm Qərb, həm də Rusiya Ukraynaya sahib olmaq uğrunda mübarizə aparır: "Bütün hallarda Ukraynanın kimin olması yaxın məkanımızdakı siyasi və iqtisadi xəritəni dəyişəcək. Buna hər kəs hazır olmalıdır". Zahid Oruc onu da deyib ki, tətillər Ukraynanı iqtisadi cəhətdən bir az da zəiflədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00