Azərbaycan Venesiya Komissiyasından “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilməsinə dair qanun layihəsinə rəy istəyib
17 Dekabr 2013 18:33 SiyasətAvropa Şurasının Venesiya Komissiyasına Azərbaycanda bələdiyyələrin statusu haqqında qanuna dəyişiklik edilməsinə dair qanun layihəsinə rəy verməsi haqda sorğu daxil olub. Sorğu Azərbaycan Prezident Administrasiyasının rəhbəri tərəfindən göndərilib. Xatırladaq ki, 2009-cu ildə VK Azərbaycanda bələdiyyələrin statusu haqqında qanuna əlavələr haqqında qanun layihəsinə baxıb və özünün 81-ci plenar sessiyasında bu barədə rəy çıxarıb. 2010-cu ilin fevralında Milli Məclis "Bələdiyyələrin statusu haqqında" qanuna əlavə və dəyişiklik edilməsi haqqında qanun layihəsi qəbul edib. VK-nın mətbuat xidmətindən bildirib ki, qeyd olunan məsələ üzrə rəyin 2014-cü ilin iyun sessiyasında qəbul olunması gözlənilir. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00