Beynəlxalq seminar iştirakçıları Məzahir Pənahovla görüşüb

Azərbaycan Milli Məclisi və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (PAA) tərəfindən təşkil edilmiş "MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası" mövzusunda beynəlxalq seminarın iştirakçıları dekabrın 17-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüblər. Bu barədə "OLAYLAR"a Mərkəzi Seçki Komissiyasından məlumat verilib.  Görüşdə qonaqları salamlayan MSK sədri Azərbaycanda seçicilərin iradəsini yüksək səviyyədə reallaşdırmağa imkan verən mükəmməl qanunverici bazanın olduğunu söyləyib. Seçki Məcəlləsinin 2003-cü ildə qəbul olunduğunu diqqətə çatdıran M. Pənahov bu hüquqi-normativ  aktın Avropa Şurasının Venetsiya Komissiyası tərəfindən yüksək rəy aldığını bildirib. O qeyd edib ki, Milli Məclis tərəfindən Seçki Məcəlləsinə bir neçə dəfə dəyişiklik edilib və bu sənəd daha da təkmilləşdirilib. Görüşdən sonra Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində son prezident seçkilərində  tətbiq olunmuş informasiya-kommunikasiya yeniliklərini özündə əks etdirən təqdimat olub. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00