Pakistan işğal olunmuş torpaqların azad edilməsini tələb edir

Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov bu ölkənin  spikeri Sərdar Ayaz Sadıqla görüşüb. "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında siyasi və mədəni sahədə əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Səfir Daşqın Şikarov rəsmi İslamabadın Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini yüksək qiymətləndirib.  Pakistan İslam Respublikasının spikeri Sərdar Ayaz Sadıq isə öz növbəsində bildirib ki, ölkəsi Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam dəstəkləyir və işğal olunmuş Azərbaycan torpaqlarının tam azad olunmasını tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00