Deputat təklif edir: “Xankəndinin icra strukturu yaradılsın”

"Son vaxtlar kütləvi informasiya vasitələrində Dağlıq Qarabağla bağlı yayılan məlumatlara Xankəndinin adı salınmır". Bunu deyən millət vəkili Flora Qasımovanın sözlərinə görə, ermənilər Xankəndini Stepanakert adı ilə dünyada təbliğ edirlər, biz isə öz doğma torpağımızın adını məlumatlara salmırıq: "1991-ci ildə Xankəndi Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub. Ancaq bu günə qədər Qarabağla bağlı danışıqlarda bu barədə məsələ qaldırılmayıb. Xankəndinin adı çəkilmir. Bunun əvəzində isə ermənilər Stepanakertin 90 illiyini qeyd etdilər. Respublikanın mərkəzi kimi Stepanakerti tanıtdılar. Ancaq həmin yerlər bizim tarixi Qarabağ xanlarının istirahət yeri olub. Mən hesab edirəm ki, bu məsələnin yubanması onunla əlaqədardır ki, Xankəndinin icra strukturları yoxdur. Təklif edirəm ki, Xankəndi üçün icra strukturları yaradılsın". Spiker Oqtay Əsədov isə bildirib ki, deputatın qaldırdığı məsələlərdə həqiqət var. O, məsələyə Milli Məclisdə baxılacağını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00