Britaniyalı siyasətçi Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu hesab edir
17 Dekabr 2013 14:11 SiyasətBöyük Britaniya Parlamentinin üzvü, Liberal Demokrat Partiyasının Baş intizam nəzarətçisinin müavini, Lord Dominik Addinqton Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) suallarını cavablandırarkən aşağıdakıları bəyan etmişdir: "Avropanın enerji təhlükəsizliyi BP-nin dəstəklədiyi Transadriatik Qaz Kəmərindən (TAP) birbaşa faydalanacaqdır.Ümid edirəm ki, sözügedən layihə Azərbaycanın Avropa bazarını təchiz etmə imkanlarını daha da gücləndirəcək və ölkənin milli gəlirini artıracaqdır. Mən Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu qismində görürəm. Azərbaycan hökumətinin milli və dini azlıqlarla bağlı yürütdüyü siyasət alqışlanmalıdır. Bu, sadəcə dözümlülük nümunəsi deyil, həmçinin Azərbaycanı hər kəsin yaşaması və işləməsi üçün gözəl bir yerə çevirməyin təqdirəlayiq yoludur ". OLAYLAR