“Soydaşlar Haqqında Qanun”un qəbul edilməsi vacibdir” - FİKİR

Zəlimxan Məmmədli: “Rəsmi qurumların, əlaqədar təşkilatların, professional QHT-lərin diqqətini yenidən bura yönəltməkdə fayda var”

"Gürcüstandakı soydaşlarımızın miqrant məsələlərilə problemləri var. Rəsmi qurumların, əlaqədar təşkilatların, professional QHT-lərin diqqətini yenidən bura yönəltməkdə fayda var" - "OLAYLAR"ın məlumatına görə, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli belə deyib. Z.Məmmədli bildirib ki, indiki halda qanunların təkmilləşdirilməsi ilə yanaşı yeni hüquqi baza - "Soydaşlar Haqqında Qanun" qəbul olunması vacibdir. "Borçalı" Cəmiyyətinin təqdim etdiyi "Soydaşlar Haqqında Qanun" layihəsində bununla bağlı məsələlər yer alıb. Z.Məmmədli qeyd edir ki, Azərbaycan dövlətinə bağlı olan, onlarda milli və dövlət maraqlarımızın qorunmasına sayğılı insanların kütləviləşməsi, turizm imkanlarının genişlənməsi, diaspora siyasətinin səmərəliliyinin artması, ölkəmizə investisiyanın cəlb olunmasının stimullaşdırılması, ölkəmizin və xalqımızın müsbət imicinin yaranmasında xaricdə yaşayan soydaşlarımızın böyük payı var. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00