“AKP nüfuz itirir, istefa dalğası davam edəcək?” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Artıq Ərdoğan hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı məsələlər gündəmə gəlib”

"AKP-dəki istefalar - Türkiyədəki ictimai fikrin dəyişməsinə, toplumda ziddiyyətlərin yaradılmasına, ölkənin ərazi bütövlüyünün təhlükə altına düşməsinə qarşı olan münasibətdir" - Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) baş verən istefalara aydınlıq gətirən BAXCP sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elçin Mirzəbəyli belə deyib. E.Mirzəbəyli bildirdi ki, müəyyən dövrə qədər insanlar Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasətin demokratik proseslərə təkan verəcəyini düşünürdülər. Lakin insanlar fikirlərində yanıldıqlarını bildirirlər. BAXCP rəsmisi hesab edir ki, artıq Ərdoğan hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı məsələlər gündəmə gəlib: "Ayrı-ayrı dairələrdən artıq bununla bağlı fikirlər səsləndiririlir. Yürüdülən siyasət nəinki daxildəki etnik qrupların inteqrasiyasına səbəb olmadı, əksinə seperatçılıq meyllərinin güclənməsinə gətirib çıxardı. Bu da Türkiyənin taleyini düşünən insanları son nəticədə istefa vermələrinə səbəb oldu. AKP-də istefa dalğası davam edəcək. Seçkilər yaxınlaşdıqca, proseslər daha da dərinləşəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00