Azay Quliyev ATƏT PA-nın tədbirinə qatılacaq

Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşin dəvəti ilə dekabrın 17-dən 20-dək Portuqaliyanın Lissabon şəhərində səfərdə olacaq.Bu barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, deputatımız ATƏT PA-da təhlükəsizlik məsələləri və münaqişələrin həlli ilə bağlı keçiriləcək müzakirələrdə iştirak edəcək, Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək. Müzakirə olunan məsələlərə münasibət bildirəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00