Erməni politoloq: “Rusiya tezliklə Qarabağı Azərbaycana qaytaracaq”
17 Dekabr 2013 12:12 Siyasət"Rusiya üçün Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması çox vacibdir. Bu isə Dağlıq Qarabağla bağlı mövcud status-kvonu Azərbaycanın lehinə dəyişəcək" -Ermənistan "Qloballaşma və Regional" Analitik Mərkəzinin direktoru Stepan Qriqoriyan yerli mətbuata açıqlamasında belə deyib. S.Qriqoriyan qeyd edib ki, bölgədə Ermənistan üçün çıxılmaz vəziyyət yaranıb. Politoloq Ermənistanın mövcud vəziyyətini 1921-ci ilin böhranı ilə müqayisə edib: "Biz vətəndaşları, iqtisadiyyatı və hər şeyi hakimiyyətə təhvil verdik. Nəticədə isə Ermənistan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa məcbur olacaq. Biz yavaş-yavaş Qarabağı itiririk. Rusiya strateji maraqları naminə tezliklə Qarabağı Azərbaycana qaytaracaq". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00