Müsavat Milli Şuranın aksiyasını sabotaj edib?
Partiyanın mitinqə az adam çıxardığı iddia olunur
16 Dekabr 2013 16:45 SiyasətMilli Şura qiymət artımına qarşı təşkil etdiyi aksiya iştirakçılarının əvvəlkilərdən daha az olması və gələnlərin də tezliklə stadionu tərk etmələri təşkilatçıları aksiyanı vaxtından əvvəl yekunlaşdırmaq məcburiyyətində qoyub. Aksiyada diqqət çəkən məqamlardan biri də bu aksiyada "El" Hərakatının və Müsavat partiyasının qeyri-fəallığı olub. "OLAYLAR"-ın millet.az-a istinadən verdiyi xəbərə görə, Müsavat Partiyası aksiyanı sabotaj edib. Məlumatda qeyd olunur ki, Müsavat Partiyası Milli Şuradakı yerini və rolunu bir daha göstərmək, onsuz bu qurumun heç nəyə qadir olmadığını bildirmək üçün mitinqə demək olar ki, adam çıxarmayıb: "Müsavatçılar bununla demək istəyib ki, biz yoxuqsa, nə MŞ, nə də müxalifət var. Bu dostluğa və müttəfiqliyə yaraşmayan hərəkətdir"