Qırğızıstanda Heydər Əliyevlə bağlı kitabın təqdimatı olacaq

Yaxın günlərdə Qırğızıstanda ümummilli lider Heydər Əliyevlə bağlı daha bir kitabın təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib.  Bildirib ki, "Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında Heydər Əliyevin rolu" adlı kitabın təqdimat mərasimi dekabrın 28-də baş tutacaq. Rus dilində oxuculara təqdim edilən kitabda Heydər Əliyevin prezident olduğu dövrdə Qırğızıstan səfəri, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində ümummilli liderin atdığı addımlar və digər mühüm məqamlar öz əksini tapıb.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00