“Bu Milli Şuranın yox, AXCP-nin mitinqi idi” - AÇIQLAMA
16 Dekabr 2013 16:15 Siyasət"Məncə, Milli Şuranın sonuncu mitinqlə bağlı tələsik qərarı daha çox qurumdaxili çəkişmələrdən diqqəti yayındırmağa xidmət edirdi". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu Milli Şuranın həftə sonu keçirdiyi mitinqə münasibət bildirərkən səsləndirib. AMİP rəsmisi aksiyanın o qədər də uğurlu alınmadığını vurğulayıb: "Mənim təəssüratım ondan ibarət oldu ki, Milli Şuranın sonuncu mitinqi adıçəkilən qurumun yox, daha çox Azərbaycan Xalq Cəbhəsi Partiyasının mitinqi idi". Əli Oruclunun sözlərinə görə, o qədər də uğurlu alınmayan kütləvi aksiyalar nəinki effektli olmur, əksinə bu iqtidarın xeyrinə, müxalifətin isə ziyanına işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00