Gürcüstanın Baş naziri Azərbaycana səfər edəcək
16 Dekabr 2013 15:42 SiyasətGürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 16-17-də Azərbaycanda işgüzar səfərdə olacaq. Gürcüstan Baş nazirinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Məlumata görə, İ.Qaribaşvili dekabrın 17-də Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə sənədin imzalanması mərasimində iştirak edəcək. trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00