Rəsmi Bakı: “Qəbələ RLS məsələsi bitib”
16 Dekabr 2013 15:30 Siyasət"Qəbələ RLS-lə bağlı yaradılmış komissiya qarşısına qoyulan məsələləri tam başa çatdırıb". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini, Qəbələ RLS-in təhsil-təslimi üzrə komissiyanın Azərbaycan tərəfdən həmsədri Xələf Xələfov deyib. X. Xələfov bildirib ki, Rusiya tərəfi ilə birgə bütün lazımi tədbirlər görülüb, RLS-lə bağlı bütüm məsələlər həllini tapıb, Rusiya kontingenti və mülkiyyəti stansiyadan tam çıxarılıb: "Stansiya bu gün fəal göstərmir. Bu məsələ bitmiş hesab olunur. Qəbələ RLS-in binası və mülkiyyəti isə Nazirlər Kabinetinin sərəncamı əsasında müvafiq qurumlara həvalə olunub. Həmin qurumlar öz funksiyaları əsasında RLS-lə əlaqədar lazımi fəaliyyətlər həyata keçirir". apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00