“İran nüvə proqramına davam edəcək” - POLITOLOQ

Vəfa Quluzadə: “ABŞ senatının mövqeyi başadüşülən deyil”

ABŞ-ın bəzi İran şirkətlərini və vətəndaşlarını "sanksiya" siyahısına salmasından sonra İran diplomatları danışıqları dayandırmağa məcbur olub. Amerika Senatının atdığı addıma cavab olaraq İran tərəfi kəskin reaksiya verib. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə hesab edir ki, ABŞ-İran əlaqələri Cenevrə razılaşmasından sonra yumşalıb. V.Quluzadə bildirdi ki, ABŞ Senatı tərəfindən yeni sanksiya paketinin ortaya atılması başa düşülən deyil: "Amerika Konqresində güclü yəhudi lobbisi fəaliyyət göstərir. Həmin sanksiyalar yəhudi lobbisinin işidir. Yəhudilər Senatı belə bir addım atmağa məcbur ediblər. Əgər İranla yaxınlaşmaq Vaşinqtonun strateji maraqlarına uyğundursa, əlaqələr davam etdiriləcək. Uyğun deyilsə, əlaqələr qırılacaq. İran tərəfinin Senatın qərarına kəskin reaksiya verməsi başadüşüləndir. İran tərəfi buna cavab olaraq danışıqlardakı mövqeyini saxlayacaq. Amerika məsələ barədə tədbir görməsə, İran nüvə proqramı ilə bağlı siyasətinə davam edəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00