Xələf Xələfov: "Azərbaycan yaxın gələcəkdə İranla bütün sərhədyanı məsələləri razılaşdıracağına ümid edir"

Azərbaycan yaxın gələcəkdə İranla bütün sərhədyanı məsələləri razılaşdıracağına ümid edir. Bunu jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Azərbaycan-İran sərhədyanı məsələlər üzrə komissiyasının fəaliyyət göstərdiyini deyən X.Xələfov bildirib ki, bu gün Bakıda bu komissiyanın iclası keçirilir: "İclasın gündəliyində sərhədyanı çay və körpülərin istifadəsi məsələsi var. Biz yaxın gələcəkdə İranla bütün sərhədyanı məsələləri razılaşdırmağa ümid edirik".

Komissiyanın işinə Azərbaycan və İran XİN-in Hüquq idarələrinin rəhbərləri başçılıq edirlər. Komissiyanın tərkibinə hər iki ölkənin ekspertləri daxildir.
Qeyd edəkl ki, bazar ertəsi Bakıda Azərbaycan və İran sərhədyanı məsələlər üzrə komissiyasının iclası keçirilir. trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00